“Trampın addımları Amerikanın indiyə qədər həyata keçirdiyi siyasətin əksinədir” - ŞƏRH OLUNDU
“Trampın Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gəlişi dünya dövlətləri üçün müəyyən imkanlar və risklər vəd edir. Çünki Trampın atdığı addımlar və səsləndirdiyi fikirlər mövcud dünya rejiminin dəyişilməsi ilə bağlı müzakirələri də özü ilə gətirib”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.
O bildirib ki, mövcud dünya reallıqları 1945-ci il Yalta konfransı ilə formalaşmış, 1989-cu ildə isə tək qütblü, yəni Amerika mərkəzli dünya formalaşmışdır: “Dünyada mövcud olan siyasi, iqtisadi reallıqlar mövcud dünya reallıqlarının üzərində formalaşıb. Trampın addımları Amerikanın indiyə qədər həyata keçirdiyi siyasətin əksinədir.
Eyni zamanda ABŞ-ın bəzi beynəlxalq təşkilatlardan çıxması yeni dünya reallıqlarının əlamətlərini özündə əks etdirir. Dünya dövlətləri üçün bu prosesin əhəmiyyəti ondadır ki, ABŞ artıq dövlətlərin daxili işlərinə qarışmamaq baxımdan imkanlar vəd edir”.