Avropa İttifaqı ticarətlə bağlı razılaşmaya üstünlük verir
Avropa İttifaqı ticarətlə bağlı razılaşmaya üstünlük verir. Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta bu razılaşmanın ticarətə gömrük rüsumlarının tətbiqindən daha faydalı olduğunu bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Kosta Aİ Komissiyasının sədri Ursula von der Leyen və Kanadanın baş naziri Castin Trüdo ilə birlikdə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Aİ-Kanada Liderlər Toplantısı öncəsi açıqlamalar verib. Aİ və Kanadanın həmfikir, etibarlı müttəfiqlər olduğunu ifadə edən Kosta, iqlim fəaliyyəti və rəqəmsal sahələrdə də yaxın əməkdaşlıq etdiklərini ifadə edib. Kosta Aİ və Kanada ticarət razılaşmalarının tariflərdən daha yaxşı olduğunu açıq şəkildə sübut etdiyini bildirib.
Eyni zamanda baş tutacaq görüşdə Ukraynaya dəstək, iqtisadiyyatların karbondan təmizlənməsi, rəqabət qabiliyyətinin artırılması və ticarət məsələlərini müzakirə edəcəklərini bildirilib.