media-img_5215

Çinin cənubundakı Quanqdonq əyalətində sərnişin avtobusunda yanğın baş verib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, çaxnaşmaya səbəb olan yanğında 6 sərnişin həyatını itirib, çoxlu sayda insan yaralanıb. Yaralıların xəstəxanada müalicəsi davam edir, faktla bağlı araşdırma aparılır.

Çinin kənd yerlərində sərnişin avtobuslarında baş verən yanğınlar zaman- zaman baş verir. Ən son, 2019-cu ildə Hunan əyalətində sərnişin avtobusunda baş verən yanğında 26 nəfər ölüb, 28 nəfər yaralanıb. Yanğının avtobusda sərnişinin daşıdığı yanar materialların səbəb olduğu bildirilib.


Bənzər xəbərlər