ABŞ-də kilsədə atışma: 4 ölü, 8 yaralı
ABŞ-nin Miçiqan ştatında Müqəddəslər Kilsəsində baş verən dəhşətli atışma nəticəsində dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, hadisə böyük bir mərasim zamanı baş verib. Silahlı şəxs əvvəlcə kilsənin qarşısında avtomobilinə hücum edib, sonra atəş açmağa başlayıb və yanğın törədərək ərazini alovalara bürüyüb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları silahlı şəxsi güllələyərək zərərsizləşdiriblər.
Miçiqan ştatında İsa Məsihin Son Zamanlar Kilsəsinə atəş açmaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Məlumata görə, o, Burton şəhərindən 40 yaşlı Tomas Yakob Sanforddur və İraq müharibəsinin veteranıdır.






