media-inshot_20260429_110005419

ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatların maliyyə yükü rekord həddə çataraq 65 milyard dolları keçib.

Patrul.az xəbər verir ki, “Iran War Cost Tracker” monitorinq mərkəzinin 29 aprel 2026-cı il tarixinə olan son hesabatına görə, müharibə xərcləri bir neçə dövlətin illik iqtisadiyyatını geridə qoyub.

Hesabatda qeyd olunur ki, ABŞ-nin bir neçə həftə ərzində sərf etdiyi bu vəsait İslandiya və Gürcüstan kimi ölkələrin illik Ümumi Daxili Məhsulundan (ÜDM) daha böyükdür.

Portalın real vaxt rejimində təqdim etdiyi statistikaya əsasən, Vaşinqton hərbi əməliyyatlara gündəlik təxminən 1 milyard dollar ayırır. Bu isə o deməkdir ki, ABŞ xəzinəsindən müharibəyə hər saniyə təxminən 11,500 dollar vəsait xərclənir.

Pentaqonun Konqresə təqdim etdiyi rəsmi rəqəmlər də xərclərin yüksək olduğunu təsdiqləyir. Məlumata görə, “Epik Qəzəb” adlı hərbi kampaniyanın yalnız ilk altı günü ərzində dövlət büdcəsindən 11,3 milyard dollar sərf edilib. Bura aviasiya zərbələri, dəniz donanmasının təminatı və yüksək dəqiqlikli raket sistemlərinin istifadəsi daxildir.


Bənzər xəbərlər