ABŞ ilk dəfə dəniz dronları ilə İrana məxsus obyekti vurdu - REAL GÖRÜNTÜLƏR
ABŞ Silahlı Qüvvələri tarixdə ilk dəfə real döyüş şəraitində dəniz dronlarından (kamikadze tipli pilotsuz dəniz aparatları) istifadə edib.
Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İranın Bəndər-Abbas limanında keçirilən xüsusi hərbi əməliyyat zamanı orada yerləşən strateji Hərbi Dəniz Qüvvələri obyektinin hədəf alındığı əks olunub.
Məlumata görə, zərbə nəticəsində İran Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqlara və hərbi gəmilərə texniki xidmət göstərən əsas infrastruktur korpusları sıradan çıxarılıb.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən məlumata görə, bu preventiv zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə mane olmaq və təhlükə yaratmaq imkanlarını minimuma endirmək məqsədi taşıyır.
Gülbəniz Səfərova






