media-de35f8c5-daf2-4e13-be0d-afdcf0e85769_1920x1080-2

ABŞ-nin Dallas şəhərində atışma olub.

Patrulaz.az xarici KİV-lərə istinadən xəbər ki, hücum ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) üçün təcridxana ofisində baş verib.

Hadisə nəticəsində çoxsaylı insan ölüb və yaralanıb. İlkin məlumatlara görə, atıcı yaxınlıqdakı binanın damında ölü vəziyyətdə tapılıb və özünə atəş açıb.

Səhər saatlarında baş verən hadisədə  snayperin rolu olduğu bildirilib.

Daxili Təhlükəsizlik Departamentinin katibi Kristi Noem bildirib ki, çoxlu yaralanan və ölən var.

Hadisə ilə bağlı ABŞ-nin vitse-prezidenti JD Vance açıqlama verib:

“Hüquq-mühafizə orqanlarına, xüsusən də ICE-yə qarşı obsesif hücum dayandırılmalıdır. Mən bu hücumda zərər çəkən hər kəs və onların ailələri üçün dua edirəm”.


Bənzər xəbərlər