ABŞ prezidenti Trampdan Kanadaya yeni təhdid!
ABŞ prezidenti Tramp “Truth Social” hesabında verdiyi açıqlamada ABŞ-ın gömrük rüsumlarından danışan Kanadanın baş naziri Castin Trüdoya cavab verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ABŞ-a cavab rüsumunu tətbiq etdikdə, qarşılıqlı tarifin dərhal eyni məbləğdə artacağını bildirib. ABŞ-ın tətbiq etdiyi 25 faizlik gömrük rüsumuna cavab olaraq Kanada 155 milyard dollarlıq ABŞ mallarına eyni nisbətdə cavab verəcəyini açıqladı. Trudeau bu vergilərin 30 milyard dollar dəyərində mallara dərhal, qalan 125 milyard dollarlıq mallara isə 21 gün ərzində tətbiq ediləcəyini bildirib.