media-1750411358_iii

“İran və İsrail arasında yeni müharibə ehtimalı yüksəkdir”.

Patrulaz.az “Euronews”a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü Ellen Ayer deyib.

O çıxışında ABŞ Prezidenti Donald Trampla bağlı da açıqlama verib:

“Bu, çox güman ki, baş verəcək. ABŞ artıq İrana qarşı hücumu uğurlu əməliyyat kimi qiymətləndirir. Tramp dəfələrlə İranın nüvə proqramını məhv etdiyini açıqlayıb”, – deyə, Ayer vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton İranla bağlı hərbi əməliyyatları bitmiş hesab etsə də, Təl-Əviv Tehranın nüvə proqramını və ümumilikdə İranı hələ də təhdid kimi görür.

media-img_20250930_175853_826


Bənzər xəbərlər