media-img_5751

ABŞ Dövlət Departamenti bildirib ki, dövlət katibi Marko Rubio ilə rusiyalı həmkarı Sergey Lavrov arasında keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün iki ölkə arasında məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rubio-Lavrov görüşünün nəticələri dəyərləndirilib. Açıqlamada Rubio və Lavrovun ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra görüşdüyü və iki ölkənin nümayəndə heyətlərinin ikitərəfli əlaqələrin bərpası məqsədi ilə masa arxasına oturduğu bildirilib. Açıqlamada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana da ev sahibliyi etdiyi üçün təşəkkür edilib və Rusiya ilə başlayan bu prosesin davam edəcəyi vurğulanıb.


Bənzər xəbərlər