media-img-20260217-wa0033

Suraxanı rayonunda sanitar təmizlik sahəsində yol verilmiş nöqsanlara görə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev barəsində intizam tədbiri görülüb.

Patrul.az xəbər verir ki, məsələ Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunub. Müşavirədə çıxış edən paytaxtın icra başçısı Eldar Əzizov Suraxanı və Xəzər rayonlarında sanitar təmizliklə bağlı mövcud vəziyyəti sərt tənqid edib.

Yol verilmiş nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət elan olunub. Eyni zamanda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova sanitar təmizlik sahəsində aşkar olunmuş çatışmazlıqlara görə şifahi xəbərdarlıq edilib və vəziyyətin qısa müddətdə yaxşılaşdırılması tələb olunub.

Adil Əliyev bir ay ərzində bütün nöqsanların aradan qaldırılacağını bildirib. Verilən tapşırıqların icrasına nəzarətin monitorinq qrupu tərəfindən həyata keçiriləcəyi və iki ay sonra nəticələrin yenidən müzakirəyə çıxarılacağı qeyd olunub.

Günay Salayeva


Bənzər xəbərlər