Ağ Ev qeyri-qanuni mühacirləri deportasiya edən uçuşların başladığını açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt sosial media hesabında məsələ ilə bağlı paylaşım edib. Hərbi təyyarədə sıraya düzülən insanların fotosunu paylaşan Leavitt deportasiya uçuşlarının başladığını deyib.
Ölkədəki qeyri-qanuni mühacir probleminə diqqət çəkən Tramp, 2019-cu ildə olduğu kimi ABŞ-Meksika sərhədində Milli Fövqəladə Hal elan edəcəyini, qeyri-qanuni immiqrasiyanın qarşısını alacağını və bu insanları deportasiya edəcəyini bildirib.


Bənzər xəbərlər