Ağ Ev Trampın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyanın görüşünün rəsmi cədvəlini AÇIQLADI
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçiriləcək tarixi görüşlərin rəsmi vaxt cədvəli açıqlanıb.
Patrulaz.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, görüşlər bu gün Bakı vaxtı ilə axşam saatlarında baş tutacaq və bir neçə mühüm sənədin imzalanması nəzərdə tutulur.
Rəsmi cədvələ əsasən:
22:30 – Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı salamlayacaq.
22:35 – Tramp və Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
23:05 – Tramp və Paşinyan sənəd imzalayacaqlar.
23:10 – Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyevi salamlayacaq.
23:15 – Tramp və İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək.
23:45 – Tramp və İlham Əliyev sənəd imzalayacaqlar.
00:15 – Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli sazişin imzalanması mərasimi baş tutacaq.
Qeyd edək ki, bu görüşlər çərçivəsində Zəngəzur dəhlizinin açılması, Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik kimi mühüm məsələlərin razılaşdırılması gözlənilir.






