Ağ Ev Vaşinqtondakı həmin tarixi ani paylaşdı - FOTO
ABŞ Prezidenti Donald Trumpın administrasiyası Ağ Evin sosial şəbəkə hesablarında Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclası ilə bağlı paylaşım edib.
Patrul.az xəbər verir ki, Ağ Ev tərəfindən paylaşılan tarixi fotolar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxışdığı görüntü də yer alıb.
Paylaşımda ABŞ Prezidenti Donald Trampın sözlərindən sitat gətirilib:
“Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli rəhbərliklə qeyri-mümkün heç nə yoxdur. Mən vəzifəyə başlayanda Qəzzada şiddətli müharibə gedirdi….. Qəzzada müharibə bitib”.
Paylaşımı təqdim edirik:







