media-inshot_20250808_215543283

Vaşinqtonun Ağ Evində Azərbaycan, Ermənistan və ABŞ rəhbərlərinin iştirakı ilə keçiriləcək görüş üçün hazırlıqlar tamamlanmaq üzrədir.

Patrulaz.az xəbər verir ki, Ağ Evin önündə Azərbaycan və Ermənistan nümayəndələri görüşün başlanmasını gözləyirlər. Artıq Azərbaycan, ABŞ və Ermənistan bayraqları da əraziyə gətirilib.

Ağ Evdən verilən rəsmi açıqlamaya əsasən, bu gün imzalanacaq sənəddə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni kommunikasiya xətti – “Tramp yolu”nun açılması nəzərdə tutulur. Bu yol vasitəsilə bölgədə maneəsiz gediş-gəlişin təmin ediləcəyi bildirilir.

ABŞ-nin təşəbbüsü ilə baş tutan bu dialoq Cənubi Qafqazda sülh və əməkdaşlıq istiqamətində atılmış mühüm addımdır.

 


Bənzər xəbərlər