Paşinyan Tehranda Pezeşkianla görüşdü - Nələr müzakirə olundu?
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edib.
Patrul.az xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Görüş zamanı tərəflər regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud qeyri-sabit vəziyyət və ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Paşinyan Pezeşkiana şəxsən başsağlığı verərək, Ermənistanın regionda sülhün və sabitliyin tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, vida mərasimində dünyanın 100-ə yaxın ölkəsindən nümayəndə heyətlərinin iştirakı rəsmi olaraq gözlənilir.
Xatırladaq ki, Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi iyulun 4-5-də Tehrandakı Mosalla kompleksində davam edəcək. Daha sonra cənazənin Qum şəhərinə, oradan isə İraqa aparılması, iyulun 9-da isə Məşhəddə yekun dəfn mərasiminin keçirilməsi planlaşdırılır.






