media-pakistan

Pakistanda çoxsaylı insanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyaləti ilə şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin sərhədində yerləşən Danasar dağlıq ərazisində, Şerani–Job magistral yolunda qeydə alınıb.

Məlumata görə, Kvetta şəhərindən Peşəvərə doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü kəskin döngələri olan dağlıq relyefdə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərin dərəyə yuvarlanıb.

Qəza nəticəsində ilkin məlumatlara görə 40 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər.

İlkin araşdırmalara əsasən, dəhşətli qəzaya sürücünün sürət həddini aşması və avtobusa normadan artıq sərnişin mindirilməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər