media-img_4233

Patrul.az redaksiyasına müraciət edən sürücülər bildirirlər ki, Ağ Şəhər ərazisində ADV Production şirkətinə məxsus reklam lövhəsi svetaforun sarı və yaşıl işığını tam şəkildə örtür. Onların sözlərinə görə, lövhə elə yerləşdirilib ki, sürücülər yalnız qırmızı işığı görə bilir, digər iki işıq isə görünmür.

Bu hal həmin ərazidə hərəkətdə olan sürücülər üçün çaşqınlıq yaradır və təhlükəli vəziyyət formalaşdırır.

Sakinlər və sürücülər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və problemin aradan qaldırılmasını xahiş edirlər.


Bənzər xəbərlər