Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən 2 yaşlı uşaq xəstəxanaya yerləşdirildi
Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) Xındırıstan kəndində valideyni tərəfindən bədəninin bir neçə hissəsindən xəsarət alıb və dərhal Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Körpə daha əvvəl də valideynləri tərəfindən işgəncəyə məruz qaldığı bildirilir. Məlumata görə, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra bir müddət körpələr evində himayəyə götürülmüş, lakin sonradan valideynlərinə qaytarılmışdır.
Hadisəni törətməkdə şübhəli bilinən atası Sadiq Rəhimov polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.






