media-89765189-17f8-3262-b874-0a22314aa892_850

“Delimitasiya prosesi və demarkasiya istiqamətində iş davam edir. Bunun üçün hər iki ölkə tərəfindən xüsusi komissiyalar yaradılıb”.

Patrul.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Komissiyalara Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət bu komissiyaların fəaliyyəti mütəmadi şəkildə davam etdirilir.

Aparılan işlərin ilkin müsbət nəticələrinin də şahidi olmuşuq. Ötən illərdə təxminən 13 kilometrlik dövlət sərhəd xətti delimitasiya edilib. Daha sonra qısa müddət ərzində həmin ərazidə demarkasiya işləri də həyata keçirilib.

Bundan əlavə, komissiyaların fəaliyyətini tənzimləyən və gələcək işini müəyyən edən bir sıra normativ aktlar həm Azərbaycan, həm də Ermənistan tərəfindən razılaşdırılmış şəkildə qəbul olunub və hər iki ölkədə təsdiqlənib.

Eyni zamanda, razılaşdırılıb ki, delimitasiya prosesi şimaldan cənuba – Azərbaycan-Ermənistan sərhədinin Gürcüstanla birləşmə nöqtəsindən başlayaraq İran sərhədinədək davam etdirilsin. Təbii ki, bu proses çərçivəsində eksklav kəndlərlə bağlı məsələlər də öz həllini tapacaq”, – deyə nazir bildirib.


Bənzər xəbərlər