Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olundu
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.






