media-img_6812

Avropa İttifaqı (Aİ) Serbiya Milli Assambleyasında müxalifət və hakim deputatlar arasında dünən başlayan davadan narahat olduğunu bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Xarici Əlaqələr Xidmətindən verilən yazılı açıqlamada dünən Serbiya Milli Məclisində baş verən şiddət hadisələri ilə bağlı narahatlıqların olduğu ifadə edilib. Parlamentin bütün vətəndaşların xeyrinə demokratik müzakirələrin aparıldığı bir yer olmalı və üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirməli olduğu vurğulanıb. Serbiyada qeyri-hökumət təşkilatlarını hədəf alan son hadisələrin narahatlıq doğurduğu bildirilən bəyanatda vətəndaş cəmiyyətinin demokratik və plüralist bir cəmiyyətdə mühüm rol oynadığı vurğulanıb.


Bənzər xəbərlər