Aİ: Zelenski demokratik yolla seçilmiş liderdir
Aİ Komissiyasının sözçülərindən biri De Keersmaecker mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Zelenskini “diktator” kimi təsvir etməsi ilə bağlı sualı cavablandırıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Mətbuat katibi bildirib ki, prezident Zelenski legitim, azad, ədalətli və demokratik seçkidə seçilib: “Ukrayna demokratik ölkədir. Putinin Rusiyası deyil. Amerika rəsmilərinin istifadə etdiyi məlumatlara gəlincə, təbii ki, mən bu mövzuda heç bir məlumat paylaşa bilmərəm. Siz onlardan soruşmalısınız”.
Qeyd edək ki, ABŞ prezidenti Tramp dünən Zelenskini Ukraynada seçki keçirmədiyinə görə tənqid edərək, seçki keçirməyən diktator olan Zelenski tez davransa yaxşı olar, əks halda ölkəsini itirəcəyini demişdi.