media-inshot_20250926_114336149

Son aylarda NATO ölkələri ilə Rusiya arasında davam edən gərgin münasibətlər dünya mediasının gündəmindədir.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, xüsusilə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov NATO və Rusiya arasında hərbi toqquşma ehtimalına dair verdiyi  açıqlaması ilə diqqət çəkib.

Rusiya rəsmisinin sözlərinə görə, əgər NATO Rusiya təyyarəsini vurarsa, bu, müharibə elanına bərabər olacaq:

“Əgər NATO Rusiya təyyarəsini vurarsa, bu, müharibə elanı deməkdir”, – deyə Rusiya rəsmisi bildirib.

Xatırladaq ki, Polşanın sərhəd xidməti Rusiyanın iki hərbi təyyarəsinin Baltik dənizindəki “Petrobaltik” qazma platformasının təhlükəsizlik zonasına daxil olaraq aşağı hündürlükdə uçuş həyata keçirdiyini açıqlayıb. Estoniya mediası isə bildirir ki, Rusiya təyyarələri hava məkanına daxil olaraq orada təxminən 12 dəqiqə qalıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər