Alimlər dünyanın son tarixini hesablayıblar
Alimlər dünyanın son tarixini hesablayıblar.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlərin yeni hesablamalarına görə, təxminən bir milyard ildən sonra – 1.000.002.021-ci ildə Yer planeti yaşayış üçün yararsız hala düşə bilər.
NASA ilə əməkdaşlıq edən bir qrup yapon alimi planetdə həyatın nə vaxt sona çatacağını müəyyənləşdirmək üçün geniş tədqiqat aparıb.
Mütəxəssislərin fikrincə, Günəşin parlaqlığı və temperaturu tədricən artaraq okeanların buxarlanmasına və Yer atmosferinin məhvinə gətirib çıxaracaq.
Alimlər xəbərdarlıq edirlər ki, həddindən artıq günəş aktivliyi bu prosesi daha da sürətləndirə bilər. Güclü günəş fırtınaları atmosferin tərkibində kəskin dəyişikliklərə, xüsusilə də oksigen səviyyəsinin azalmasına səbəb olacaq. Bu isə planetin səthini yararsız hala gətirə bilər.
Tədqiqatçılar çıxış yolu kimi avtonom, qapalı ekosistemlərin yaradılmasını və Günəş sistemindən kənarda yaşayış üçün əlverişli planetlərin axtarılmasını təklif edirlər.
NASA mütəxəssisləri hesab edirlər ki, gələcəkdə texnoloji tərəqqi sayəsində Günəşin təsirindən qorunmaq mümkün olacaq və bu, Yerdəki həyatın sonunu xeyli gecikdirə bilər.






