media-img-20250620-wa0014

Alimlərin hazırladığı “yüksək həssaslığa malik” yeni bir qan testi xərçəngin ilkin simptomları ortaya çıxmadan bir neçə il əvvəl bədxassəli şişlərin əlamətlərini müəyyən edə bilir.

Patrulaz.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu inkişaf xəstələrin müalicələrə daha yaxşı cavab verməsinə imkan yarada bilər.

ABŞ-dəki Johns Hopkins Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, şişlərin ifraz etdiyi genetik materiallar xəstələrə ilkin diaqnoz qoyulmazdan çox əvvəl qan dövranında aşkar edilə bilir.

“Cancer Discovery” adlı elmi jurnalda dərc olunan araşdırma göstərib ki, xərçəngin səbəb olduğu bu genetik mutasiyalar bəzi xəstələrin qanında üç ildən də artıq bir müddət əvvəl müəyyən oluna bilər.

Tədqiqatın həmmüəllifi Yuxuan Vanq bu barədə belə deyib:

“Xəstəliyi üç il əvvəl müəyyən etmək müdaxilə üçün vaxt qazandırır. Şişlər hələ ilkin mərhələdə olur və müalicə şansı daha yüksək olur”.

Alimlər bu araşdırmada ABŞ Milli Sağlamlıq İnstitutları (NIH) tərəfindən maliyyələşdirilən və ürək tutması, insult, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin risk faktorlarını araşdıran genişmiqyaslı bir araşdırmanın iştirakçılarından toplanmış qan plazması nümunələrini təhlil ediblər.

Ləman Sərraf


Bənzər xəbərlər