media-inshot_20250902_192829510

Fransada 17 yaşlı qızın yaddaşı elm adamlarını heyrətələndirib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Paris Beyin İnstitutu və Paris-Cite Universitetinin alimləri qızın nadir yaddaş qabiliyyətini araşdırıblar.

Araşdırmaya görə, qızın xatirələri o qədər canlıdır ki, o keçmişdəki hadisələri yenidən yaşaya bilir.

Elm adamları bildirir ki, bu qeyri-adi yaddaşa sahib insan xatirələrini xüsusi “otaqlarda” saxlayır. Bu otaqlar ailə tədbirləri, dostlarla görüşlər, hətta oyuncaqlar kolleksiyası kimi mövzulara bölünüb.

Elm adamlarına görə, bu qeyri-adi vəziyyət “hipertimiya” adlanır. Belə insanlar həm keçmişi dəqiq xatırlayır, həm də gələcəyi təsəvvürlərində əvvəlcədən yaşayırmış kimi olurlar.

Alimlər hesab edirlər ki, bu nadir hadisə yaddaş, emosiyalar və özünüdərk arasındakı əlaqəni öyrənmək üçün unikal imkan yaradır.


Bənzər xəbərlər