Alimlərdən xəbərdarlıq: "Asteroid Aya çırpıla bilər"
Asteroidin Aya çırpılma ehtimalı artıb.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, “2024 YR4” adlı asteroidin 2032-ci ildə Ayla toqquşma riski 1,7 faizdən 4,3 faizə yüksəlib.
NASA-nın yeni müşahidələrinə görə, bu artım Webb teleskopunun göndərdiyi dəqiq məlumatlarla bağlıdır.
“Yerlə bağlı heç bir təhlükə yoxdur. Amma Ay üçün risk az da olsa artıb”, – deyə NASA alimləri bildirir.
Qeyd edək ki, 65 metrlik bu asteroid Yerlə toqquşsaydı, lokal miqyasda dağıdıcı ziyan vura bilərdi.
Gülbəniz Səfərova