media-fasz27bnutakbfpoffhlhv

Elm adamları “2024 YR4” adlı asteroidin Yerə deyil, Aya çırpılma ehtimalının artdığını bildiriblər.

Patrula.az “YAHOO”ya istinadən xəbər verir ki, araşdırmalara görə, asteroidin Aya dəyməsi Yerə də ziyan vura biləcək dağıntılar yarada bilər.

Aparılan araşdırmada asteroidin Aya toqquşma ehtimalı əvvəlki 3,8 faizdən 4,3 faizə yüksəlib.

Qeyd edək ki, “2024 YR4” asteroidi 2024-cü ilin dekabrında kəşf olunub. Əvvəlcə onun 2032-ci ilin dekabrında Yerə çırpılacağı ehtimal olunurdu. Lakin son hesablamalara görə, asteroidin Yerə birbaşa zərbə vurması gözlənilmir. Buna baxmayaraq, alimlər bildirirlər ki, əgər asteroid Aya dəyərsə, dağıntıların 10 faizi Yerin cazibə qüvvəsi ilə planetə doğru yönələ bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər