media-img_6923

Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukraynanın müdafiəsi üçün dəstəyə ehtiyacı var və yardımlar davam etməlidir.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Scholz Belçikanın paytaxtı Brüsseldə keçirilən “Ukrayna və müdafiə” mövzusunda Aİ Liderlər Zirvəsi öncəsi jurnalistlərə açıqlama verib. Aİ liderlərinin mühüm zamanda bir araya gəldiyini ifadə edən Scholz “Ukraynaya verilən dəstəyin davam etməsini təmin etməliyik”- deyə, bildirib.

Avropanın Ukraynaya maliyyə və hərbi dəstəyinin davam etməsi lazım olduğunu vurğulayan Şolz deyib:

“İkincisi, ABŞ-ın dəstəyinin qarşıdakı aylarda və illərdə də davam etməsini təmin etməliyik. Çünki Ukraynanın da müdafiəsi üçün onların dəstəyinə ehtiyacı var. Yaxın günlərdə ən mühüm vəzifə ədalətli sülh üçün şəraitin təmin edilməsi olmalıdır”.


Bənzər xəbərlər