media-img_6815

Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreyt kansler Olaf Şolzun Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdığını bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit-in verdiyi yazılı açıqlamaya görə, Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski telefonda Ukraynadakı hərbi və humanitar vəziyyəti dəyərləndirib və “Ukraynada ədalətli sülh” mövzusunda fikir mübadiləsi aparıblar. Görüş zamanı Şolz Zelenskinin danışıqlara mümkün qədər tez başlamaq istəyini alqışladığını və Almaniyanın Ukrayna ilə sarsılmaz həmrəyliyinin davam edəcəyini vurğulayıb. İki lider atəşkəsin dərhal başlanmasının və Ukraynada daimi sülhün təmin edilməsində ABŞ prezidenti Donald Trampın liderlik rolunun vacibliyi barədə razılığa gəliblər.


Bənzər xəbərlər