Almaniyanın əhalisi 2024-cü ildə cəmi 100 min nəfər artıb
Almaniya Federal Statistika İdarəsi (Destatis) 2024-cü ildə əhalinin artımı ilə bağlı aparıcı məlumatları açıqlayıb.
“Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə əhalisi xaricdən daha az immiqrasiya səbəbiylə cəmi 100 min nəfər artıb. Beləliklə, əhalinin sayı 83,6 milyon nəfərə yüksəlib. 2024-cü ildə əhalinin yenidən artmasının yeganə səbəbi olaraq xalis miqrasiyaya diqqət çəkilib.
Bundan əlavə 2024-cü ildə həm doğum sayı, həm də ölənlərin sayı təxminən yüzdə 2,5 azaldı . Həmçinin Almaniyada keçən il 670-690 min arasında doğum və 1 milyon ölüm olduğu bildirilib.
Digər tərəfdən araşdırmalara görə, Almaniya iqtisadiyyatı demoqrafik dəyişikliklər və İkinci Dünya Müharibəsi ilə Soyuq Müharibə arasındakı dövrdə doğulanların əmək bazarını tərk etməsi səbəbindən artan işçi qüvvəsi və ixtisaslı işçi çatışmazlığı ilə üzləşir .