media-inshot_20260312_194522875

Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.

Patrul.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı yerin 7.7 km dərinliyində yerləşib.

Bakı vaxtı ilə saat 18:49-da qeydə alınan zəlzələ ətraf vilayətlərdə də hiss edilib. İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində itki və dağıntı qeydə alınmayıb.


Bənzər xəbərlər