Aqşin Fateh: “Başqaları deyir ki, geyim ədəb göstəricisi deyil, əgər ədəb göstəricisi deyilsə, onda hamı lüt gəzsin"
“Başqaları deyir ki, geyim ədəb göstəricisi deyil, əgər ədəb göstəricisi deyilsə, onda hamı lüt, yarpaqla gəzsin”.
Patrulaz.az xəbər verir ki, bu fikirləri müğənni Aqşin Fateh Tarix Əliyevin aparıcılıq etdiyi “Tarixin bir günü” verilişində səsləndirib.
Veriliş zamanı Tarix Əliyev sənətçiyə “Niyə bu gün kimsə çıxıb deyir ki, cəmiyyətdə bəzi şeylər var ki, xoşuma gəlmir? Sənə kimsə desə ki, “”Aqşinin efir mədəniyyəti yoxdur”, nə cavab verərsən?” sualını ünvanlayıb.
Aqşin Fateh isə cavabında geyimin kişi və qadın üçün önəmli olduğunu vurğulayıb:
“Mənim özünəməxsus geyim tərzim var. Dədə-babalarımızın bir sözü var: “”İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar”, yəni geyim həm kişi, həm də qadın üçün çox önəmlidir. Kimsə öz geyimində həddini bilməzsə, o sonda heçbir şeyin həddini bilməz”.
Müğənni, həmçinin bəzi ifaçıların geyimləri vasitəsilə şou göstərməyə və bu yolla özlərini reklam etməyə çalışdıqlarını da bildirib:
“Əgər məsələ səhnədə şou göstərməkdən gedirsə, kimsə geyimi, görünüşü, bədəni və ya nəyisə reklam etməklə bunu edə bilər. Amma şairlərin ən üstün cəhəti odur ki, sözlə bir neçə saniyə ərzində obraz yaradırlar. Bizim göstərdiyimiz şounu onların da göstərə bilməsi üçün illərlə oxumalıdırlar”,- deyə sənətçi əlavə edib.
Gülbəniz Səfərova






