Arılar matçı 78-ci dəqiqəsində dayandırdı - VİDEO
Tanzaniyada keçirilən beynəlxalq yoldaşlıq matçında qeyri-adi hadisə baş verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın “Abuca” və Zanzibarı təmsil edən “JKU” komandaları arasında keçirilən oyun arı sürüsünün hücumuna görə yarımçıq qalıb.
Məlumata görə, matçın 78-ci dəqiqəsində meydana daxil olan arılar futbolçular və hakim heyətini çaşqın vəziyyətə salıb. Təhlükədən qorunmaq üçün futbolçular məşqçilərin göstərişi ilə otların üzərinə uzanaraq hərəkətsiz qalıblar. Əvəzedici oyunçular və texniki heyət isə skamyaların altına gizlənməyə çalışıblar.
Hadisə nəticəsində stadionda yaranan qeyri-adi mənzərə tribunada əyləşən azərkeşlər tərəfindən təəccüblə izlənilib.
Hadisənin dəqiq səbəbi açıqlanmasa da, ilkin versiyalara görə, hava şəraitindəki dəyişiklik və stadion yaxınlığında çoxalan çiçəkli ağaclar arıların aqressiyasına səbəb ola bilər. Digər ehtimala görə isə, səs-küy arıları qıcıqlandırıb.
Mövcud vəziyyətdən bir neçə dəqiqə sonra oyun davam etdirilib və matç “Abuca” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hadisə nəticəsində oyunun yekununa qədər xəsarət alan olmayıb.
Gülbəniz Səfərova






