media-f7ed563f-5d6c-4181-ac05-93b504e1dd3e

“Son vaxtlar arıqlama kofeləri və digər məsulları istifadə edən şəxslərin səhhətləri ilə əlaqədar şikayətləri artmaqda davam edir. Həmin məhsulların ölkəyə idxal edilməsi, müvafiq dövlət orqanları tərəfindən nəzarətin necə keçirlməsinin qanunla tənzimlənməsi barədə vəkil Ramil Vəliyevə müraciət etdik.

Patrulaz.az-a açıqlama verən Ramil Vəliyev bildirdi ki, qida vasitələrinin ölkəyə idxal edilməsinə icazə verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir: “Lakin arıqlama kofesi və ya digər məhsulların əksəriyyətinin tərkibinin kimyəvi maddələrdən ibarət olmasını nəzərə alsaq, dərman preparatları hesab olunur. Belə olan halda dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına  icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Lakin vətəndaş şikayətləri əsasında aparılan araşdırma vaxtı həmin məhsulların əksəriyyətinin hər hansı yoxlamadan keçirilmədən idxal olunması müəyyən olunur. Həmçinin onların tərkibi qablaşdırmanın üzərində qeyd edilənlərlə də uyğun gəlmir, insan orqanizmi üçün əks təsirləri göstərilmir. Şikayət etmək üçün müraciət edənlərin əksəriyyəti həmin məhsulları istifadə etdikdən sonra ürək-damar və qaraciyər problemləri yaşadıqlarını bildirir.
Bundan başqa həmin məhsulları istifadə etmədən, onları istifadə etməklə arıqladığını bildirən şəxslər də bilə-bilə yalan reklam etməklə bağlı məsuliyyət daşıyırlar” -deyə, vəkil bildirib.


Bənzər xəbərlər