Arvadını döyən ər cinayət məsuliyyətindən azad edildi - Səbəb isə...
Lerik rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Patrul.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1999-cu il təvəllüdlü Sərxan həyat yoldaşı Kəmalə (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə mübahisə edib.
Sərxan arvadı ilə arasında şəxsi münasibətlər zəminində narazılıqları yaranıb və mübahisə ediblər. Mübahisə zamanı ər arvadını şillə ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində arvadı ilə barışdığını deyib. Bu faktı qadın da ifadəsində təsdiqləyib və ərini bağışladığını, ona qarşı şikayəti olmadığını deyib.
Lerik Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.






