Arvadını qətlə yetirməkdə şübhəli bilinərək Gürcüstana qaçan şəxs saxlanılıb
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən və Gürcüstana qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Patrulaz.az-a verilən məlumata görə, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.