media-img_0525

“Avropa Şurası insan haqları komissarının açıqlamaları suveren ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər, biz Avropa insan hüquqları məhkəməsinin bir sıra qərəzli qərarlarını bilirik və AŞPA-dan Azərbaycana olan ikili standartlara söykənən münasibət özünü açıq biruzə verib. İndi Avropa Şurası çalışır ki, insan haqları komissarı vasitəsi ilə Azərbaycana təzyiq göstərsin”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, vaxtaşırı seçki məsələləri, süni şəkildə formalaşdırılmış siyasi məhbuslar mövzusu vasitəsi ilə açıqlamalar verilib:
media-416db774-3ea1-473f-9a5c-065d4bc11832

“İndi isə Azərbaycanda keçirilən müstəqil məhkəmə prosesi üzərindən məsələni beynəlxalq gündəmə gətirməyə çalışırlar. Azərbaycanda keçirilən məhkəmə prosesləri kifayət qədər şəffaf və obyektiv keçirilir. Digər Avropa ölkələrində də belə hüquqi proseslər keçirilərsə, hər hansı beynəlxalq təşkilat və ya ölkənin buna müdaxilə etməsi beynəlxalq münasibətlər sisteminə ziddir”.

Ləman Sərraf


Bənzər xəbərlər