media-img_0469

“Avropa Şurası ölkəmizə qarşı dəfələrlə qərəzli münasibət göstərib. Biz bu yanaşmanı çox yaxşı sezməyi bacarırıq. AŞPA tərəfindən atılan bu addım isə məhkəməyə təzyiqdir və ədalətdən, hüquqdan danışan bu qurumun təmsilçiləri bunu nəzərə almalıydılar. Təəssüf ki, qərəz və ikili yanaşma buna imkan vermir. Biz Avropa Şurasını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən istintaq prosesinə müdaxilə etməməyə, obyektiv aparılan işə təzyiqdən yayınmağa çağırırıq. Əvəzində isə müəyyən tövsiyələr verə bilərik”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
media-img_0470

O bildirib ki, AŞ ölkələrində çox sayda insan haqqlarının kobud formada pozulması halları baş verir:

“İslamafobiya, turkofobiya meyilləri günü gündən qüvvətlənir. Miqrantların şərəf və ləyaqəti alçaldılır. Avropa institutlarında korrupsiya halları ən adi hala çevrilib. Həbsxanalarda ölüm sayına görə AŞ ölkələrinin bəziləri sıralamada ön yerlərdədir. Avropa Şurası elə bu problemlərə fokuslansa daha yaxşı olar”.

Ləman Sərraf


Bənzər xəbərlər