media-img_0652

“Bəzi Avropa və Qərb təsisatlarının Azərbaycana qarşı sanki razılaşdırılmış, növbəti total hücumlarının şahidi olmaqdayıq. Bu qurumlar xüsusi ilə ölkəmizdə istintaq və məhkəmə proseslərini hədəfə alır, insan hüquqları bəhanəsi ilə ədalət mühakiməsinə qərəzli münasibət sərgiləyirlər”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

O qeyd edib ki, aprelin 29-da Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O’Flahertin Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatlar verməsi, ABŞ Konqresində ermənipərəst şəxslərin məlum dinləməsi və bəyanatları, “Amnesty İnternational” təşkilatının eyni kontekstli qərəzli bəyanatı və digərləri qətiyyən təsadüfi deyil:
“Onlar belə fon yaratmaq istəyir ki, guya Azərbaycanda istintaq, məhkəmə orqanları insan hüquq və azadlıqlarını nəzərə almır. Düşünürəm ki, bu, məhz ermənipərəst dairələrin məqsədli işləridir. Söhbət ondan gedir ki, hazırda Bakıda Azərbaycana qarşı dəhşətli cinayətlər törətmiş erməni seperatçıların – Vardanyan, Arutunyan, Saakyan, Babayan, İşxanyan və digərlərinin məhkəmə prosesləri keçirilir. Onların törətdiyi ağır hərbi və mülki cinayətlər, soyqırım faktları açıq məhkəmə prosesində ifşa edilir. Onlar şübhəsiz ki, layiqli cəzalarını alacaqlar”.
media-160ab883-60ea-42d9-ae52-bd4dd3c94d00

Elşad Məmmədlinin sözlərinə görə, Avropadakı, Qərbdəki ermənipərəst, anti-Azərbaycan güclər isə indidən ölkəmizə qarşı “insan hüquqları”, “ədalətli mühakimə, istintaq” uydurmalarına başlayıblar:
“Onlar erməni canilərin guya hüquqlarının pozulmasına dair saxta, süni zəmin hazırlayırlar. Gələcəkdə desinlər ki, guya əvvəllər də dedikləri kimi, ölkəmizdə insan hüquqları pozulur, guya erməni canilərin mühakimə hüququ pozulub və s. Onlar əslində bu cür davranışları ilə özlərini ifşa edirlər. Bütün dünyanın gözü önündə dəhşətli cinayətlər törətmiş separatçı rejim rəhbərlərinə ədalətli cəza tələb etmək əvəzinə belə təxribatlara yol verməklə, özlərini biabır edirlər”.

Ləman Sərraf


Bənzər xəbərlər