"Avroviziya 2024"ün qalibi Nemo kubokunu geri qaytaracaq
İsrailin “Avroviziya 2026″ya qoşulmasına etirazlar davam edir.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə etiraz edən tərəf, “Avroviziya 2024″ün qalibi, 26 yaşlı isveçrəli müğənni Nemo olub. O, İsrailin tədbirdə iştirakına etiraz olaraq kubokunu geri qaytaracağını bildirib.
“Eurovision” Mahnı Müsabiqəsinin direktoru Martin Qrin isə Nemonun qərarına kədərləndiyini, amma yenə də hörmətlə yanaşdığını söyləyib:
“Nemonun 2024-cü ildə layiqincə qazandığı kuboku geri qaytarmaq istəməsindən kədərlənirik. Onun ifadə etdiyi dərin mənalı fikirlərə hörmətlə yanaşırıq və onlar həmişə “”Eurovision” ailəsinin dəyərli bir hissəsi olaraq qalacaqlar”.
İsrailin yarışlara qatılmasına icazə verildiyi üçün digər beş ölkə – İslandiya, İspaniya, İrlandiya, Sloveniya və Hollandiya gələn ilki tədbiri boykot edəcəklərini açıqlayıblar.
Xatırladaq ki, Qəzzadakı müharibə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın rəhbərlik etdiyi hücum nəticəsində İsrailin cənubunda baş vermiş, təxminən 1,200 nəfər həlak olmuş və 251 nəfər girov götürülmüşdür.
Qeyd edək ki, 2026-cı ildə Avroviziya müsabiqəsinin 70 illik yubileyi münasibətilə Vyanada keçirilməsi planlaşdırılır.
Gülbəniz Səfərova






