media-inshot_20251215_102920860

Avstraliyanın Sidney şəhərinin məşhur Bondi çimərliyində baş verən dəhşətli terror aktında həyatını itirənlərin sayı artıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, atışma nəticəsində 16 nəfər ölüb, iki polis məmuru və bir uşaq da daxil olmaqla, 38 nəfər yaralanıb.

Məlumata görə, həyatını itirənlər arasında 10 yaşlı uşaq da var.

Terror aktını törədənlərin ata və oğul olduğu bildirilir. Onlardan 50 yaşlı şəxs polis tərəfindən güllələnərək zərərsizləşdidilib. Onun 24 yaşlı oğlu isə yaralandığına görə xəstəxanada müalicə alır.

Hadisə zamanı yayılan görüntülərdə isə vətəndaşlardan birinin terrorçunun silahını əlindən alaraq insanları xilas etməyə çalışdığı əks olunub.  Məlumata görə, iki uşaq atası olduğu bildirilən Əhməd adlı bu şəxs qolundan və güllə yaralarından xəsarət alsa da, vaxtında xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, polis hadisəni yəhudi icmasını hədəf alan terror aktı adlandırıb, çünki hücum yəhudilərə məxsus Hanuka bayramını qeyd edən 1000-dən çox insanın iştirak etdiyi mərasim zamanı baş verib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər