Avstraliyada donuz fermalarında Yapon ensefaliti virusu aşkar edilib
Yapon ensefalit virusu (JEV) 2022-ci ilin iyul ayından bəri ilk dəfə Avstraliyanın Kvinslend ştatındakı donuz fermalarında aşkar edilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, təsərrüfatların yerləri və yoluxmuş heyvanların sayı ilə bağlı məlumat paylaşılmayan açıqlamada , 2022-ci ilin iyulundan bəri ilk dəfə olaraq Kvinslenddə heyvanlarda JEV-in aşkar edildiyi qeyd edilib.
Açıqlamada virusun yeni Cənubi Uels və Viktoriya əyalətlərində təsbit edildiyi xatırladılıb və JEV -in Avstraliya materikində yerləşdiyi təxmin edildiyi və sözügedən təsbitlərin gözlənilməz olmadığı ifadə olunub.