Avtobus sürücüsündən gecə saatlarında təhlükəli manevr - VİDEO
Patrul.az redaksiyasına daxil olan videogörüntüdə 15 fevral 2026-cı il tarixində saat 23:10 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verən təhlükəli yol hərəkəti qayda pozuntusu əks olunub.
Görüntülərə əsasən, 107 nömrəli marşrut xəttinə məxsus 10-TG-913 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sağ birinci zolaqla hərəkət edərkən qəfil manevr edib və bir neçə zolağı eyni anda dəyişib. Bu zaman digər nəqliyyat vasitələri üçün real təhlükə yaranıb və sürücülər ani toqquşma riski ilə üz-üzə qalıb.
Xüsusilə qeyd edək ki, sərnişin daşıyan ictimai nəqliyyat vasitələrinin sürücüləri daha yüksək məsuliyyət daşıyır. Belə kobud qayda pozuntuları həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi risk altına qoyur.






