Avtobus sürücüsünün qayda pozuntusu uzun tıxaca səbəb oldu - VİDEO
Bakı şəhəri, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Patrul.az-a daxil olan görüntülərə əsasən, hadisə bu gün səhər saat 08:01 radələrində 90 nömrəli tam orta məktəb istiqamətində qeydə alınıb.
168 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JP-703 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu digər sürücülərin növbə gözlədiyi vaxt axına qarşı hərəkət edərək yolun əks istiqamətinə çıxıb.
Sürücünün bu məsuliyyətsiz addımı ərazidə uzun tıxacın yaranmasına və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinin bloklanmasına səbəb olub.
Redaksiyaya daxil olan videodan görünür ki, avtobusla üz-üzə gələn minik avtomobili toqquşmadan yayınmaq üçün məcburən hündür səkiyə çıxaraq hərəkətini davam etdirib.
Gülbəniz Səfərova






