media-inshot_20260429_143921002

Bakıda ictimai nəqliyyatdan istifadə zamanı “BakıKart” tətbiqi vasitəsilə edilən ödəniş sistemi ilə bağlı narazılıq doğuran hal qeydə alınıb. 

Patrul.az-a müraciət edən vətəndaş bildirib ki, avtobusdan istifadə etdiyi halda, eyni kartdan əlavə olaraq metrodan istifadə gediş haqqı da çıxılıb.

Təqdim olunan bank çıxarışlarından aydın görünür ki, sərnişin avtobusdan istifadə etdiyi gün – eyni tarixdə “Bakı Metropoliteni” QSC üzrə də 0.60 AZN məbləğində gediş haqqı silinib.

Sərnişinin sözlərinə görə, o, həmin gün metrodan ümumiyyətlə istifadə etməyib. Buna baxmayaraq, sistem tərəfindən əlavə ödəniş çıxılıb.

Məsələ ilə bağlı Patrul.az-ın sorğusuna “BakıKart”ın mətbuat üzrə mütəxəssisi Aynur Kərimli cavab verib. O bildirib ki, bu hal heç bir texniki xəta deyil, NFC texnologiyasının spesifik iş prinsipi ilə bağlıdır:

“İictimai nəqliyyatda tətbiq olunan NFC texnologiyası gecikdirilmiş avtorizasiya prinsipi əsasında fəaliyyət göstərir. Bu mexanizmə əsasən, sərnişinlər tərəfindən həyata keçirilən gedişlər üzrə ödənişlər dərhal deyil, müəyyən müddət sonra bank kartlarından silinir”.

Qurumdan həmçinin bildirilib ki, hazırda müşahidə olunan silinmələr sərnişinlərin bir neçə gün əvvəlki gedişlərinə aiddir:

“Qeyd olunan səbəbdən 24, 25, 26 və 27 aprel tarixlərində edilən gedişlərə dair ödənişlərin bu günlərdə mərhələli şəkildə kartlardan çıxılması müşahidə oluna bilər. Vəsaitlər yalnız faktiki istifadə edilmiş gedişlərə uyğun olaraq tutulur və əlavə məbləğin silinməsi baş vermir”.

“Bir daha diqqətinizə çatdıraq ki, bu proses heç bir texniki nasazlıqla bağlı deyil, NFC ödəniş sisteminin işləmə prinsipi ilə əlaqədardır”, – deyə əlavə edilib.

media-img-20260429-wa0011

Gülbəniz Səfərova


Bənzər xəbərlər