Avtomobili doludan zərər görənlərə vacib xəbərdarlıq: Yalnız bu halda ödəniş ala bilərsiniz!
Bir neçə gündür paytaxtda dəyişkən hava şəraiti müşahidə olunur. Xüsusilə dünən Ramana, Pirşağı və Abşeron yarımadasının digər qəsəbələrində anidən yağan dolu bir sıra avtomobillərə ciddi ziyan vurub. Belə hallarda sürücülər zədələnmiş nəqliyyat vasitələrinin təmiri ilə bağlı xərclərin necə qarşılanacağını düşünür.
Bəs bu zərərləri sığorta vasitəsilə qarşılamaq mümkündürmü?
Bu barədə Patrul.az-a sığorta eksperti İlkin Nəcəfov açıqlama verib.
Onun sözlərinə görə, belə təbiət hadisələri zamanı yalnız kasko sığortası olan nəqliyyat vasitələri üçün dəymiş zərərin ödənilməsi mümkündür:
“Dolu təbii fəlakət hesab olunduğu üçün sığorta hadisəsi sayılır. Əgər avtomobilin kasko sığortası varsa, dəymiş zərərə görə ödəniş almaq mümkündür”.

Ekspert qeyd edib ki, kasko sığortası olmayan sürücülər isə dəymiş zərəri öz hesablarına qarşılamalı olurlar:
“Əgər nəqliyyat vasitəsinin kasko sığortası yoxdursa, bu halda dəymiş zərərə görə heç bir ödəniş edilmir”.
Gülbəniz Səfərova






