media-photo-output

Bəzi ölkələrdə avtomobil nömrələrinin dəyişdirilməsi narahatlıq yaratmır. Azərbaycanda isə tez-tez avtomobil satılsa da, nömrənin sahibi tərəfindən götürülüb başqa maşına keçirilməsi halları müşahidə olunur. Bu isə həm hüquqi, həm də təhlükəsizlik baxımından müəyyən suallar doğurur.

Bəs avtomobilin qeydiyyata alındığı nömrə ilə birlikdə satılması hüquqi və praktiki cəhətdən daha düzgün olarmı?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, avtomobil hüquqi və təhlükəsizlik baxımından ilkin qeydiyyat nömrəsi ilə satılmalı, təkrar nömrə dəyişiklikləri isə qarışıqlığa səbəb ola bilər:

“Bəzi ölkələrdə belə hallar var ki, nömrənin dəyərdən düşməsi və ya dəyər qazanması səbəbindən ‘nömrə prinsipi’ ilə bağlı hər hansı narahatlıq yaranmır. Azərbaycanda isə elə vəziyyətlər olur ki, avtomobil satılır, amma nömrə özündə saxlanılır və avtomobilə başqa nömrə qoyulur”.

Ekspertin sözlərinə görə, avtomobil oğurluq və cinayət hallarında izlənilməsi üçün ilkin qeydiyyat nömrəsi ilə satılmalıdır:

“Hüquqi baxımdan ən düzgünü avtomobilin qeydiyyata alındığı nömrə ilə birlikdə satılmasıdır. Çünki avtomobilin oğurlanması və ya hər hansı cinayətdə istifadə edilməsi zamanı ilkin qeydiyyat nömrəsinə əsasən izləmə daha məntiqlidir. Yəni avtomobil ilkin olaraq hansı nömrə ilə qeydiyyata alınıbsa, həmin nömrə ilə də satılmalıdır. Əgər bir avtomobilə dəfələrlə müxtəlif nömrələr bağlanarsa, müəyyən uyğunsuzluqlar və qarışıqlıqlar yarana bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər