Avtomobillərin intensiv hərəkət etdiyi yoldakı çuxur maşınlara ciddi ziyan vurur – VİDEO
Bakının Əhməd Rəcəbli küçəsində, avtomobillərin intensiv hərəkət etdiyi yolda irihəcimli kanalizasiya qapağının yerləşdiyi ərazidə ciddi təhlükə mövcuddur.
Patrulaz.az-ın məlumatına görə, kanalizasiya qapağının ətrafında yaranmış boşluq avtomobillərin təkərlərini zədələyə bilər. Diqqətsiz yanaşan sürücülər bu boşluğa düsərək avtomobillərinin təkərlərini və hətta digər hissələrini zədələyə bilərlər.
Qaynar xəttimizə müraciət edən vətəndaş artıq bu təhlükə səbəbindən zərər çəkmiş və bu məsələ ilə bağlı şikayətini bildirərək məsul şəxslərin bu problemi həll etməsini xahiş edir.